Hazırda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin lisenziyası əsasında sürətli poçt rabitəsi xidmətləri (EMS – Express Mail Service) göstərir.
Azərekspresspoçt" Rabitə Müəssisəsi, "Azərpoçt" MMC tərəfindən təsis edilmişdir və Azərbaycan Respublikası Rabitə Nazirliyinin 14 iyul 1997-ci il tarixli əmri ilə yaradılmışdır. Şirkət 19 sentyabr 1997-ci ildə dövlət qeydiyyatından keçmiş və 9 yanvar 1998-ci ildə fəaliyyətə başlamışdır.
Azərekspresspoçt beynəlxalq və daxili EMS şəbəkələri vasitəsilə poçt göndərişlərini "Qapıdan qapıya" prinsipi ilə sürətli, etibarlı və yüksək keyfiyyətlə həm Azərbaycanda, həm də dünyanın ən ucqar bölgələrinə çatdırır.
0
Bağlama0
Sənəd0
Beynəlxalq çatdırılma0
Ölkədaxili çatdırılmaYüksək inkişaf etmiş beynəlxalq və daxili EMS şəbəkəsi sayəsində Azərekspresspoçt bütün marşrut boyu poçt göndərişlərinin təhlükəsizliyinə və toxunulmazlığına nəzarəti təmin edir.
EMS – fiziki poçt xidmətləri növlərindən ən sürətlisi olub, məktubların, sənədlərin və malların qısa zamanda yığılması, daşınması və çatdırılmasıdır. ÜPİ-nin üzvü olan 190-dan artıq ölkənin ərazisində tətbiq olunan və onları birləşdirən bu sistem beynəlxalq EMS şəbəkəsini əmələ gətirmişdir.
Bu şəbəkənin koordinasiyası və dayanıqlı inkişafını təmin etmək məqsədilə 1999-cu ildə ÜPİ-nin nəzdində EMS Kooperativi yaradılmışdır. Beynəlxalq EMS şəbəkəsinin Azərbaycandakı yeganə operatoru Azərekspresspoçtdur.
Göndərişlərin poçt məntəqəsində və ya birbaşa müştərinin yerləşdiyi yerdə (ofisdə, mənzildə və s.) qəbulu;
Qəbul anından təyinat ölkəsində çatdırmayadək bütün keçid və emal mərhələlərində göndərişlərə həm poçt işçiləri, həm gömrük orqanları, həm də nəqliyyat kompaniyaları tərəfindən prioritetli münasibət;
Qəbul anından çatdırmayadək göndərişlərin izlənilməsi
Göndərişlərin ünvançıya, onun yerləşdiyi yerdə çatdırılması.
Azərbaycanda Sürətli Poçt Xidməti (EMS – Express Mail Service) 1992-ci ildən tətbiq edilmişdir. 1998-ci ilin 9 yanvar tarixindən Azərekspresspoçt Azərbaycan poçtunun EMS operatoru kimi fəaliyyətə başlamışdır.
Fəaliyyətə başladığı vaxtdan bəri Azərekspresspoçt Azərbaycanın butun əraziləri üzrə 1500-dən artıq poçt şöbəsinin təşkil etdiyi möhkəm, stabil və effektiv daxili EMS şəbəkəsi yaratmışdır.
Hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən dünya üzrə EMS operatorlarının xidmət keyfiyyəti qiymətləndirilir və ilin sonunda nəticələr açıqlanaraq sertifikatlar və mükafatlar təqdim olunur