Azərbaycana göndərilməsinə qadağa qoyulan mallar:

  • odlu silah və onun döyüş sursatları, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
  • radioaktiv maddələr;
  • narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat;
  • əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
  • narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
  • pulların və poçt nişanlarının buraxılması üçün avadanlıqlar;
  • insan orqanları və ya toxumaları;
  • canlı heyvanlar;
  • tezalışan maddələr;
  • zəhərli və toksikoloji maddələr;
  • bioloji və infeksion maddələr;
  • civə, kimyəvi reaktivlər və turşular;
  • insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
  • tez xarab olan qida məhsulları;
  • öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
  • sikkələr, banknotlar və ya yol çekləri.

Azərbaycana göndərilməsinə şərti icazə verilən mallar:

  • baytarlıq təbabətində tətbiq olunan dərmanlar, baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsi Fitosanitar nəzarəti xidmətinin rəsmi icazəsi olduqda;
  • dərman vasitələri – şəxsi istifadə üçün zəruri olan miqdarda;
  • alkoqollu içki – maksimum 3 litr;
  • siqaret – maksimum 3 blok.