Kuryer xidməti

İstər yerli, istər beynəlxalq poçt xidmətlərimiz ilə hər məktub və ya bağlama öz ünvanına etibarlı şəkildə çatır.

Təcili çatdırılma

Təcili çatdırılma təxirəsalınmaz və təcili olan göndərişlər üçün nəzərdə tutulur. Təcili göndərişlər təyinat zonasından asılı olaraq 1 – 4 saat ərzində çatdırılır.

Gün ərzində çatdırma

Gün ərzində çatdırılma xidməti göndərişlərin həmin gün ərzində çatdırılmasını təmin edir. Güniçi göndərişlər təyinat zonasından asılı olaraq 8 – 10 saat ərzində çatdırılır.

2-5 gün ərzində çatdırma

Standart kuryer xidməti göndərişlərin 2-5 gün ərzində çatdırılmasını təmin edərək təcili olmayan göndərişlər üçün ən sərfəli seçimdir.

Daxili EMS xidməti

Məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda Azərbaycanın istənilən nöqtəsinə etibarlı və təminatlı surətdə çatdırılır. Unikal daxili EMS şəbəkəsi sayəsində “qapıdan qapıya” çatdırma da həyata keçirilir. İtirilən göndəriş üçün poçt rüsumunun 10 misli miqdarında kompensasiya təmin edilir.

Beynəlxalq EMS xidməti

Xidmətimiz 164 ölkəni əhatə edir, həmin ölkələrin EMS təşkilatları ilə əməkdaşlıq edilir. Beynəlxalq EMS şəbəkəsi sayəsində göndərişlər “qapıdan qapıya” çatdırılır. Sənədlərin və malların ən qısa zamanda dünyanın istənilən yaşayış məntəqəsinə etibarlı və təminatlı çatdırılması təmin edilir. Göndəriş itirildikdə - göndəriciyə göndərişin poçt rüsumu geri qaytarılır və tərkibi sənəd olan göndəriş üçün 30 SDR  kompensasiya ödənilir. Mal olan göndəriş üçün isə 130 SDR kompensasiya ödənilir.

Bağlamaların izlənməsi xidməti ilə
göndərişlərinizin daha rahat izləyin

Sevinc dolu anlar yaratmaq, sərhədləri aşmaqdır

güvənli xidmət

Tərəfdaşlarımız

Hamısına bax