Azərekspresspoçt beynəlxalq çatdırılma xidməti çərçivəsində minimum 500 qram çəkiyə malik kiçik bağlamalardan başlayaraq maksimum 30 kq çəkiyə qədər olan bağlamaların daşınmasını təmin edir. Bu çərçivə həm fərdi, həm də korporativ müştərilər üçün əlverişli seçimlər təqdim edir.
Azərekspresspoçt beynəlxalq göndərişlərinizi rahat və çevik şəkildə həyata keçirmək üçün bir neçə üsul təklif edir. Müxtəlif göndəriş variantları sayəsində müştərilərimiz öz ehtiyaclarına ən uyğun çatdırılma üsulunu seçə bilərlər. Kuryer Xidməti vasitəsi ilə Çağrı mərkəzimiz ilə əlaqə saxlayaraq kuryer sifariş edə bilərsiniz və ya Kuryer ünvandan bağlamanızı götürərək ofisimizə çatdırır. Əlavə olaraq Şəbəkə mərkəzlərinə və ya yaxınlıqdakı poçt məntəqələrinə yaxınlaşıb bağlamanızı EMS vasitəsilə göndərə bilərsiniz.
Bəyannamə Gömrük orqanlarına məxsus proqramdır və Azərekspresspoçt Gömrük məsələlərinə müdaxilə etmək səlahiyyətinə malik deyil. Göndəriş Gömrük yoxlanışından keçdikdən sonra, EMS ölkədaxili çatdırılma prosesini həyata keçirir.
Sənədlərin əslini göndərmək üçün göndərici şəxs İltizamnamə tərtib etməlidir. Yalnız İltizamnamə təqdim edildikdən sonra sənədlərin göndərilməsi mümkündür.
Ümumdünya Poçt Konvensiyasına uyğun olaraq, qadağan olunmuş məhsullar (məsələn, yanar maddələr, partlayıcılar, zəhərli və təhlükəli materiallar) göndərilməsinə icazə verilmir. Bu tələblərə əməl etməklə, çəkisi 30 kq-a qədər olan digər məhsulların beynəlxalq göndərişi həyata keçirilə bilər.