EMS Azərbaycan, ölkə daxili göndərişləri sürətli və etibarlı şəkildə həyata keçirir. Şəhər və rayonlara (bölgələrə) qapıdan-qapıya çatdırılma müddəti adətən 24-36 iş saatı təşkil edir. Göndəriş rayon mərkəzi poçtuna çatdırıldıqdan sonra ən qısa zamanda müvafiq təhvil verilir. Rayon mərkəzi poçtuna daxil olan bağlamalar həftənin müəyyən günlərində kəndlərə çatdırılır. Bayram və qeyri-iş günlərində çatdırılma müddəti dəyişə bilər.
• Göndərişin çatdırılmasını təsdiqləyən sənəddir.
• Müştəriyə təqdim olunan xidmət əsasında hazırlanır.
• Müştəri göndərişi təhvil alarkən sənəd imzalanır və təsdiqlənir.
• Xəbərnamə göndərişin çatdırıldığını və təhvil alınmasını rəsmi olaraq sənədləşdirir.
• Çağrı mərkəzi ilə əlaqə saxlayaraq kuryer sifariş edə bilərsiniz.
• Kuryer ünvandan bağlamanızı götürərək ofisimizə çatdırır.
Şəbəkə mərkəzlərinə və ya yaxınlıqdakı poçt məntəqələrinə yaxınlaşaraq göndərişinizi EMS vasitəsilə həyata keçirə bilərsiniz.